...

BSTA Beynəlxalq Pensiya və Sosial Fondlar Assosasiyası ilə əməkdaşlığın genişləndiriləcəyinə ümidvardır

Cəmiyyət Materials 29 May 2025 12:25 (UTC +04:00)
BSTA Beynəlxalq Pensiya və Sosial Fondlar Assosasiyası ilə əməkdaşlığın genişləndiriləcəyinə ümidvardır
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Sosial Təminat Assosasiyası (BSTA) Beynəlxalq Pensiya və Sosial Fondlar Assosasiyası ilə (BPSFA) ilə əməkdaşlığın genişləndiriləcəyinə ümid edir.

Trend xəbər verir ki, bunu BSTA baş katibi Marselo Abi-Ramia Kaetano Bakıda "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfransda etdiyi çıxışda deyib.

“Ümid edirəm ki, ümumi rəhbərliyimiz altında - həm BSTA, həm də BPSFA olaraq yalnız uzunmüddətli əməkdaşlığımızı qoruyub saxlamaqla kifayətlənməyəcək, onu daha da möhkəmləndirib, daha effektiv edəcəyik. Bu əməkdaşlığın əsas məqsədi isə yalnız daxili vəzifələrimizin həlli deyil, ilk növbədə vətəndaşların rifahının təmin olunmasıdır”, - deyə o vurğulayıb.

Kaetanonun sözlərinə görə, birgə səylərin sayəsində hamı üçün daha keyfiyyətli sosial təminat sisteminin təmin olunması mümkün ola bilər.

“Bizi ortaq bir məqsəd birləşdirir – sosial təminat sisteminin inkişafı, onun səmərəliliyinin artırılması və insanların həyat keyfiyyətinin yaxşılaşdırılması. Biz üzvlərimizə elə biliklər təqdim edirik ki, onlar bu bilikləri tətbiq edə və dünyada sosial müdafiənin gücləndirilməsi üçün yaymaq imkanına malik olsunlar. Hədəfimiz birdir – hamı üçün daha ədalətli və dayanıqlı sosial təminat sistemi uğrunda birgə işləmək”, – deyə BSTA-nın baş katibi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti