...

“Azəralüminium” MMC ixrac gəlirlərinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 29 May 2025 13:32 (UTC +04:00)
“Azəralüminium” MMC ixrac gəlirlərinin həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-aprel aylarında “Azəralüminium” MMC-nin ixrac gəlirləri 49,6 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın may sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 milyon ABŞ dolları və ya 8,3% çoxdur.

Belə ki, 2024-cü il yanvar-aprel aylarında “Azəralüminium” MMC-nin ixrac gəlirləri 45,8 milyon ABŞ dolları olub.

Qeyd edək ki, hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:

“SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,"Azərbaycan Hava Yolları" QSC,“Azərenerji” ATSC,Naxçıvan MR Dövlət Energetika Xidməti,“Qaradağ Şüşə Zavodu” ASC.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti