...

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Hadisə Materials 29 May 2025 16:11 (UTC +04:00)
Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilir ki, may ayının 29-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilmə prosesi həyata keçirilib.

Tədbir zamanı Dövlət Sərhəd Xidməti tərəfindən 32 məhkəmə hökmü üzrə qanunsuz dövriyyədən çıxarılan 395 kiloqram 423,77 qram müxtəlif xassəli narkotik vasitə, 10825 ədəd və 810 ml narkotik tərkibli Metadon M-40, 4061 ədəd güclü təsiredici maddə məhv edilmə prosesi üçün komissiya üzvlərinə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti