...

Beynəlmiləl sosial müdafiə dayanıqlı inkişafın zəruri şərtidir - Beynəlxalq Əmək Təşkilatı nümayəndəsi

Cəmiyyət Materials 29 May 2025 12:45 (UTC +04:00)
Beynəlmiləl sosial müdafiə dayanıqlı inkişafın zəruri şərtidir - Beynəlxalq Əmək Təşkilatı nümayəndəsi
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlmiləl sosial müdafiə dayanıqlı inkişafın zəruri şərtidir.

Trend xəbər verir ki, bunu Beynəlxalq Əmək Təşkilatının Sosial Müdafiə departamentinin direktoru Şəhra Rəzavi Bakıda "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfransda etdiyi videomüraciətdə bildirib.

“Beynəlmiləl sosial müdafiə yoxsulluğun aradan qaldırılmasından həlledici rol oynayır, layiqli məşğulluğa vasitəçilik edir, sosial inteqrasiyaya təkan verir. Dinamik iqtisadiyyat və ədalətli cəmiyyət üçün bunların hamısı vacibdir”, - deyə o bildirib.

Ş.Rəzavinin sözlərinə görə, müasir dünya bir çox böhranlar və keçid prosesləri ilə üz-üzədir: iqlim böhranı, texnoloji keçidlər, bərabərsizliyin artması, inflyasiya. Bütün bunlar sosial müdafiə sistemlərinin qarşısında duran və onların mübarizə aparmalı olduğu həyat risklərini daha da ağırlaşdırır.

O bildirib ki, ilk dəfə olaraq Yer kürəsinin əhalisinin yarıdan çoxu – 52,4%-i – hər hansı bir formada sosial müdafiə alır. Bu göstərici 2015-ci ildəki 42,8%-lə müqayisədə əhəmiyyətli artımın olduğu anlamına gəlir. Demək olar ki, 10 faizlik fərq var.

“Lakin narahatedici məqam odur ki, 3,8 milyard insan hələ də heç bir sosial müdafiə ilə əhatə olunmayıb. Onların əksəriyyəti qadınlardır. Onlar xəstəlik, yoxsulluq, işsizlik kimi risklərə, eləcə də, iqlim çağırışlarına qarşı hazırlıqsız qalırlar”, – deyə Beynəlxalq Əmək Təşkilatının nümayəndəsi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti