...

Masallıda qaz təchizatında fasilə olacaq

Cəmiyyət Materials 30 May 2025 08:19 (UTC +04:00)
Masallıda qaz təchizatında fasilə olacaq

Bakı. Trend:

Masallı rayonunun Qəriblər kəndində yeni çəkilmiş qaz kəmərinin mənbəyə qoşulması səbəbindən bu gün saat 10:00-dan etibarən Qəriblər, İsilər və Məmmədrzaküçə kəndlərində yaşayan 700 abonentin qaz verilişində fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Qaz təchizatının bərpası işlər tamamlandıqdan dərhal sonra həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti