...

İyunda Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

Cəmiyyət Materials 30 May 2025 13:45 (UTC +04:00)
İyunda Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün yaz sessiyasının son iclasıdır. Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq, 85 deputat növbədənkənar sessiyanın çağırılması üçün mənə müraciət edib. Və iyun ayında bizim növbədənkənar sessiyamız olacaq.

Trend xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin yaz sessiyasının bu gün keçirilən sonuncu iclasında məlumat verib.

O qeyd edib ki, sessiya ərzində parlamentin 14 iclası keçirilib, 65 qanun qəbul edilib:

“Başqa sözlə, 55 qanunda, o cümlədən 2 Konstitusiya qanununda dəyişiklik qəbul edilib, 8 beynəlxalq sənəd təsdiq olunub”.

Məlumat üçün bildirək ki, qanunverici orqanın Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır.

Növbədənkənar sessiyalar dövründə Milli Məclisin plenar iclasları, komitə və komissiyaların iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-də bitir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti