...

Yunanıstan Azərbaycandan neft alışını 4 dəfədən çox artırıb

Energetika Materials 30 May 2025 14:28 (UTC +04:00)
Yunanıstan Azərbaycandan neft alışını 4 dəfədən çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Yunanıstana 129 milyon ABŞ dolları dəyərində 232,4 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 92,3 milyon ABŞ dolları və ya 3,5 dəfə, həcm ifadəsində isə 177,1 min ton və ya 4,2 dəfə çoxdur.

Dövr ərzində Yunanıstan Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 17 ölkəyə 4,6 milyard ABŞ dolları dəyərində 8,2 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti