...

Azərbaycan, Türkiyə və Pakistan yeni dünya düzəninin formalaşması ərəfəsində birgə mövqe formalaşdırır – Deputat

Siyasət Materials 30 May 2025 12:10 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Pakistan yeni dünya düzəninin formalaşması ərəfəsində birgə mövqe formalaşdırır – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qalibiyyətimizin rəmzlərindən olan Laçın həmçinin müasir və sürətli yenidənqurma və bərpaya nümunədir. Malik olduğu geostrateji mövqeyə görə Laçında yaradılan infrastruktur mülki olmaqla yanaşı, ölkəmizin müdafiə və təhlükəsizliyinin təmininə xidmət edir.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, artan geosiyasi çağırışlar fonunda birgə dəyərlər və regional miqyasda birliklərin yaradılması aktuallaşır:

“Azərbaycan-Türkiyə tandeminin sülhün və sabitliyin təminindəki gücü Pakistanın qoşulması ilə daha da artır. 353 milyon əhali, 1,8 trilyon dollar ÜDM, 1,7 milyon kvadrat kilometr ərazisi olan üç qardaş dövlət yeni dünya düzəninin formalaşması ərəfəsində siyasi, iqtisadi və müdafiə məsələlərinə dair birgə mövqe formalaşdırır.

Digər regional hadisələrlə müqayisə Azərbaycan Prezidentinin hərbi və diplomatik strategiyasının nə qədər uğurlu olmasını bir daha təsdiqləyir: Bütün Avropa xüsusi intensivliklə, uzun müddətdir çalışır, Rusiya-Ukrayna müharibəsində atəşkəsə belə nail ola bilmir. Amma Azərbaycan otuz illik işğala öz resursları ilə son qoydu, şəhidlər verərək ərazi bütövlüyünü və suverenliyini bərpa etdi”.

Deputat bildirib ki, Avropa Siyasi Birliyinin 2028-ci il Zirvə toplantısının Azərbaycanda keçirilməsi barədə qərarın verilməsi də Azərbaycan Prezidentinin siyasi strategiyasına verilən dəyərdir.

“Həmin Zirvə toplantıları barədə qərarlar 47 iştirakçı dövlət, o cümlədən 27 Avropa İttifaqı üzvü tərəfindən məhz konsensus əsasında verilir, bu qərar İkinci Qarabağ müharibəsinin siyasi və hüquqi nəticələrinin yekdilliklə qəbulu deməkdir. Azərbaycan Avropa Siyasi Birliyinin 16 üzvü ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir, 12 dövlətin enerji təhlükəsizliyinin təminində rol oynayır. Azərbaycan “orta güc” kimi özünü təsdiqləyərək regional sülhə töhfə verir”, - deyə R.Nəbiyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti