...

Paytaxtda tozlu hava müşahidə olunur

Cəmiyyət Materials 30 May 2025 12:38 (UTC +04:00)
Paytaxtda tozlu hava müşahidə olunur
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Trend Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, avtomatik stansiyalardan əldə olunan məlumata görə,hazırda havada tozun miqdarı normadan 1.3-1.4 dəfə artıqdır.

Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şimal-şərq küləkləri vasitəsilə Xəzər dənizi üzərindən cənub istiqamətli hava axını ilə ölkə ərazisinə daxil olur.

Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti