Bakı. Trend:
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nizamnamə kapitalı 43,2 milyon manat və ya 2,9 dəfə artırılaraq 65,8 milyon manata çatdırılıb.
Trend xəbər verir ki, bu barədə qərar mayın 30-da qəbul edilib.
Qeyd edək ki, bir müddət əvvəl “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi”nin (AZCON) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC “Bakı Telefon Rabitəsi” MMC, “AzEvroTel” MMC, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyinin Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi, “Azərrabitəlayihə” MMC və Sumqayıt Telekommunikasiya Qovşağının ona qoşulması nəticəsində yenidən təşkil edilib.