...

Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb - Deputat

Cəmiyyət Materials 30 May 2025 12:47 (UTC +04:00)
Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb - Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün cəmiyyətdə boşanmaların, uşaqların törətdikləri cinayətlərin sayının sürətlə artması ciddi narahat doğurur. Ailə institutunun güclənməsi üçün ciddi addımlar atmalıyıq.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili hesab edir ki, bu prosesə televiziya verilişləri də ciddi mənfi təsir göstərir:

“Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb. Bu məsələlərdə cəmiyyətin də üzərinə ciddi məsuliyyət düşür. 16 yaşlı qızın toyunda iştirak edən hər kəs o cinayətin vəbalına da şərikdir. Necə olur ki, bu qədər insanın biri bu qeyri-qanuni əmələ reaksiya vermir?!”

Xəbər lenti

Xəbər lenti