Xankəndi. Trend:
Köhnə elektrik xətlərinin köçürülməsi prosesi başa çatır.
Trend xəbər verir ki, bunu Xankəndidə "Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclasında “AzərEnerji” ASC sədrinin müşaviri Vüqar Əliyev deyib.
Onun sözlərinə görə, Xankəndi şəhərində qapalı tipli yarımstansiyanın tikintisi yekunlaşmaq üzrədir:
"Sözügedən stansiya həm memarlıq, həm də texniki baxımdan müasir standartlara uyğundur. Digər bütün xətlərin də yeraltı çəkilişinə başlanılıb".
V.Əliyev qeyd edib ki, Xankəndi şöbəsindən Ağdərə və Kəlbəcərə qədər olan elektrik xətləri də yenilənib:
"Gələcəkdə Xankəndidən Ağdama xətt çəkilərək Ağdamdakı qovşaq yarımstansiyaya birləşdiriləcək. Hazırda Xankəndidə iki yarımstansiya fəaliyyət göstərir və onların hər ikisinin modernləşdirilməsi aparılır".