...

Britaniyada tək istifadəlik elektron qəlyanlar qadağan olunur

Dünya xəbərləri Materials 30 May 2025 14:56 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gələn həftədən etibarən Böyük Britaniyada tək istifadəlik elektron qəlyanların (veyplərin) dükanlarda və ya onlayn şəkildə satışı və təchizatı qadağan olunacaq.

Trend xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Son illər Britaniyada elektron qəlyanlar kəskin şəkildə populyarlaşıb. Yerli hökumətin statistikasına əsasən, 2012-2023-cü illərdə onlardan istifadə 400%-dən çox artıb.

Böyük Britaniyada tətbiq olunacaq ümummilli qadağa tullantıların azaldılması və birdəfəlik istifadə üçün nəzərdə tutulmuş elektron qəlyanların ətraf mühitə mənfi təsirinin qarşısını almağa yönəlib.

Bu qadağa yalnız birdəfəlik — başqa sözlə, tək istifadəlik — elektron siqaretlərə aiddir. Yenidən doldurula bilən modellərin satışı isə davam etdirilə bilər.

"Material Focus” təşkilatının dekabr ayında dərc etdiyi analizə əsasən, Böyük Britaniyada hər həftə təxminən 8,2 milyon ədəd elektron qəlyan zibilliyə və ya küçəyə atılır - bu, saniyədə 13 ədədə bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti