Bakı. Trend:
Nigeriya ordusu ölkənin şimalında müxtəlif terrorçu birləşmələrə aid olan azı 60 döyüşçünü zərərsizləşdirib.
Trend xəbər verir ki, bu barədə Nigeriyanın SQ-nin baş qərargahı məlumat yayıb.
Ökənin quru və hərbi hava qüvvələri Borno ştatında terrorçulara qarşı “Xadin Kay” kod adlı genişmiqyaslı anti-terror əməliyyatı keçirir.
Mayın əvvəlində Nigeriya prezidenti Bola Tinubu ölkənin şimalında fəallığını artıran terrorçu və ekstremist qruplaşmaların ləğvi məqsədilə hökumətin ordusunun tədarükünü artıracağını vəd etmişdi.
Qeyd edək ki, Nigeriyanın şimalında, xüsusilə Adamava, Borno və Yobe ştatlarında son vaxtlar “Boko Haram” və İŞİD qruplaşmaları fəallaşıb. Onlar hücum və diversiya zamanı getdikcə daha çox kustar üsulla hazırlanmış partlayıcı qurğulardan və pilotsuz uçuş aparatlarından istifadə edirlər.