...

“Gender bərabərliyi” termini qədər hüquq sistemimizi təhdid edən sözlərə qarşı mütləq addımlar atmalıyıq - Zahid Oruc

Cəmiyyət Materials 30 May 2025 13:37 (UTC +04:00)
“Gender bərabərliyi” termini qədər hüquq sistemimizi təhdid edən sözlərə qarşı mütləq addımlar atmalıyıq - Zahid Oruc
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Məlumatın adının müvafiq qanundan irəli gəldiyini nəzərə alaraq, nəhayət, onun dəyişdirilməsi üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və qanunvericilərin birgə addım atmasını xahiş edirik.

Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatın müzakirəsi zamanı deyib.

“Gender bərabərliyi termini qədər ictimai fikri, ailə məfhumunu, tariximizi və ənənələrimizi, hüquq sistemimizi təhdid edən sözlərə qarşı mütləq addımlar atmalıyıq. Əlbəttə, Avropa Şurası qarşısında öhdəliklərimiz anlaşılandır, digər tərəfdən hüquqi normaların uyğunlaşdırılması da başadüşüləndir, lakin “gender” sözünün bizim leksikonumuzda yumşaq güc silahı kimi əleyhimizə işlədiyini hər birimiz bilməliyik. İddia etmirik ki, onu USAİD yaradıb və dövlətlərin hüquqi məkanına yeridərək düşüncələrdə qarşıqlıq yaradıb, lakin tədqiq etdikdə onun arxasında məkrli bir siyasətin olduğunu görürük. Halbuki əsas məqsəd dövlətin ailə siyasətini müzakirə etməkdirsə, o zaman müəqqədəs ailə institutunu qorumağa yönələn tədbirləri dəyərləndirmək üçün mütləq həmin termindən imtina etməliyik”, - deyə komitə sədri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti