...

PwC Azərbaycan şirkəti Henley & Partners və Pasha Private Banking tərəfindən birgə təşkil edilmiş eksklüziv tədbirdə vergi strategiyası və kapitalın idarə edilməsi sahəsindəki təcrübəsini bölüşüb (FOTO)

Cəmiyyət Materials 30 May 2025 12:18 (UTC +04:00)
PwC Azərbaycan şirkəti Henley & Partners və Pasha Private Banking tərəfindən birgə təşkil edilmiş eksklüziv tədbirdə vergi strategiyası və kapitalın idarə edilməsi sahəsindəki təcrübəsini bölüşüb (FOTO)

Bakı. Trend:

PwC Azərbaycan Henley & Partners Turkey və Pasha Private Banking şirkətlərinin birgə təşkil etdiyi yüksək səviyyəli seminarda vergi strategiyası və özəl maliyyə aktivlərinin planlaşdırılması sahəsində geniş təcrübəsini nümayiş etdirdi. 22 may 2025-ci il tarixində Bakıda yerləşən Four Seasons otelində keçirilən tədbirdə sərvətlərin qorunması və vergilərin planlaşdırılması sahəsində müasir yanaşmaları müzakirə etmək üçün aparıcı məsləhətçilər və əhəmiyyətli maliyyə aktivlərinə malik olan şəxslər bir araya gəldi.

PwC-ni təmsil edən PwC Azərbaycan şirkətinin Vergilər üzrə Direktoru və Vergi, Hüquq və İnsan Praktikasının Rəhbəri Günel Sədiyeva maliyyə aktivlərinin idarə edilməsi üzrə panel müzakirəsində öz bilik və təcrübəsini paylaşmış və müzakirəyə dəyərli töhfələr vermişdir.

Müzakirə olunan əsas mövzular

Xanım Sədiyeva özəl investorlar və biznes sahiblərinin üzləşdiyi əsas məsələlərə xüsusi diqqət yetirmişdir:

  • Biznes sahibləri və səhmdarların maraqları və vəzifələri ilə bağlı olan məsələlər (məsələn, kadr ehtiyatının planlaşdırılması və kapitalın strukturlaşdırılması) və biznesin idarə edilməsi çərçivəsində əməliyyat məsələləri arasındakı fərq;
  • Qanunvericilik və normativ aktlarda baş verən dinamik dəyişikliklər şəraitində Top of Formbiznesin genişləndirilməsi və kapitalın artırılması ilə mövcud sərvətlərin qorunması arasında optimal tarazlığın təmin edilməsi strategiyaları;
  • Əmlaka investisiya üçün uyğun olan ən çox istifadə edilən kollektiv investisiya vasitələri və kapitalın effektiv qorunması üçün geniş istifadə olunan digər hüquqi vasitələr;
  • Yurisdiksiya, idarəetmə və biznes məqsədləri ilə özəl sərvətlərlə bağlı məqsədlərin uyğunlaşdırılması daxil olmaqla, ailə ofisinin yaradılması zamanı nəzərə alınmalı olan əsas aspektlər;
  • Sərvətlərin idarə olunmasında məlumatların rolu.

Qlobal həllər şəbəkəsi

PwC-nin beynəlxalq şirkətlər şəbəkəsinin bir hissəsi olan PwC Azərbaycan müştərilərə geniş çeşidli ixtisaslaşmış alətlərə, hüquqi strukturlaşdırma üzrə ekspert biliklərinə və sərvətlərin idarə edilməsi resurslarına çıxış imkanı təqdim edir. İstər yerli qanunvericiliyin nəzərə alınması və ona uyğunlaşma, istərsə də beynəlxalq strukturlaşdırma sahəsində PwC müştərilərinə dəyişən mühitdə uğurla fəaliyyət göstərmək üçün strateji dəstək və məsləhət xidmətləri təqdim edir.

“Məqsədimiz həm özəl biznes, həm də sərvətlərin idarə edilməsində PwC-nin qlobal təcrübəsindən istifadə etməklə, biznesin inkişafı ilə özəl sərvətlərin qorunması arasında simbiotik əlaqə yaratmaqdan ibarətdir. Biz biznes strategiyanı özəl sərvətlərlə bağlı məqsədlərlə uyğunlaşdırmağa və biznes risklərini özəl sərvətlərlə bağlı risklərdən ayırmaq üçün korporativ və fərdi aktiv strukturlarını optimallaşdırmağa kömək edirik" - deyərək Günel Sədiyeva vurğulamışdır.

Müştərilərə hər mərhələdə dəstəyin göstərilməsi

PwC Azərbaycan sahibkarlara, ailə bizneslərinə və əhəmiyyətli maliyyə aktivlərinə malik olan şəxslərə etibarlı məsləhətçi kimi xidmətlərin göstərilməsinə davam etməklə, onlara potensial təhlükələri və problemləri əvvəlcədən müəyyənləşdirməyə, aktivləri səmərəli və məqsədəuyğun şəkildə strukturlaşdırmağa və uzunmüddətli uğur üçün potensial imkanları kəşf etməyə kömək edir.

PwC haqqında məlumat

PwC, müştərilərinə etimad yaratmaq və kompleksliyi rəqabət üstünlüyünə çevirmək üçün innovasiyalar həyata keçirməyə kömək edir. Biz audit və əminlik, vergi və hüquq, kapital bazarlarında əməliyyatlar və konsaltinq kimi sahələrdə dinamikanın yaradılması, artırılması və saxlanmasına töhfə verən, 149 ölkədə 370,000-dən çox peşəkardan ibarət texnoloji cəhətdən inkişaf etmiş bir şəbəkəyik. PwC Azərbaycan-da 150-dən çox peşəkar müştərilərimizə yeni ideyalar və praktiki tövsiyələr vermək üçün öz fikirlərini, dəyərlərini, təcrübələrini və həll yollarını təklif edir.

Xəbər lenti

Xəbər lenti