...

Milli Məclis Dövlət Komitəsinin gender bərabərliyinin təmin edilməsinə dair məlumatını qəbul edib

Cəmiyyət Materials 30 May 2025 12:45 (UTC +04:00)
Milli Məclis Dövlət Komitəsinin gender bərabərliyinin təmin edilməsinə dair məlumatını qəbul edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı Milli Məclisdə müzakirə edilib.

Trend xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatların müzakirəsinə təqdim edilib.

Məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatı səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti