Bakı. Trend:
İlon Maskın “SpaceX” korporasiyası Marsa “Optimus” humanoid robotunu göndərməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə İlon Mask “Space X”də keçirdiyi təqdimatda danışıb.
Amerikalı milyarderin sahib olduğu korporasiya ilk “Starship” raketlərini Marsa 2026-cı ildə yollamaq niyyətindədir. İlk missiya çərçivəsində Qırmızı planetə buraxılacaq beş enmə modulunda “Tesla Optimus” robotları yer alacaq və onlar planetin tədqiqində iştirak edəcəklər.
Maskın sözlərinə görə, kosmik gəmilərdə olan humanoidlər bir növ həqiqi ekipaj üzvlərini təqlid edəcəklər.
O bildirib ki, buraxılış üçün 2026-cı ilin seçilməsi həmin vaxt Yerlə Mars arasındakı məsafənin ən qısa məsafəyə qədər azalacağı ilə əlaqədardır.