Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi ticarət tarifləri Amerika iqtisadiyyatına ən azı 50 milyard dollar gəlir gətirib.
Trend xəbər verir ki, bunu Ağ evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset deyib.
"Tariflər tətbiq ediləndən bəri biz 50-60 milyard dollar gəlir topladıq. Bu, bizim düşündüyümüz kimi işləyir və apellyasiya məhkəməsinin tarifləri bərpa etmək qərarından çox məmnunuq", - deyə o, “Fox News”a bildirib.