...

Azərbaycan Türkiyə və Pakistanla ticarət dövriyyəsini 17 milyard dollaradək artırmağı hədəfləyir – Deputat

İqtisadiyyat Materials 30 May 2025 11:26 (UTC +04:00)
Azərbaycan Türkiyə və Pakistanla ticarət dövriyyəsini 17 milyard dollaradək artırmağı hədəfləyir – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 6 130 000 dollar olub. Bu rəqəm 2023-cü ildə 7 650 000 dollar, 2022-cü ildə 5 842 000 dollar və eləcə də 2021-ci ildə 4 661 000 dollar olub. İki ölkə arasında ticarət dövriyyəsi kifayət qədər böyük rəqəmlə ifadə olunur. Hədəf isə Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan və Pakistan arasındakı iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün ciddi potensial var:

“2023-cü ildə Azərbaycan və Pakistan arasındakı ticarət dövriyyəsində əvvəlki ilə nisbətən cüzi dəyişiklik olsa da, 2021-ci il ilə müqayisədə dövriyyə 2.3 dəfə artıb. 2021-ci ildə 11.7 milyon dollar olan ticarət dövriyyəmiz 2023-cü ildə il 27 milyon dollaradək yüksəlib. Pakistanla ticarət dövriyyəsinin 2 milyard dollaradək artırılması əsas hədəflərdəndir”.

Vüqar Bayramov qeyd edib ki, Azərbaycan Türkiyə və Pakistanla ticarət dövriyyəsini yaxın illərdə 17 milyard dollaradək artırmağı hədəfləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti