Naxçıvan. Trend:
Azərbaycan mətbuatı ötən müddətdə çətin, amma şərəfli yol keçib.
Trend xəbər verir ki, bunu Naxçıvanda keçirilən “MEDİAFEST-2025” tədbirinə ünvanladığı təbrikində Avropa Xəbər Agentliyinin İtaliya nümayəndəsi Carlo Marino bildirib.
O bildirib ki, Azərbaycan mətbuatının 150 illiyi münasibətilə bütün həmkarlarımı və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram.
"Bu əlamətdar tarix yalnız milli mətbuatın deyil, həm də xalqın düşüncə və ifadə azadlığının zəngin ənənələrə söykəndiyini göstərir. Azərbaycan mətbuatı ötən müddətdə çətin, amma şərəfli yol keçib, ictimai rəyin formalaşmasında, cəmiyyətin maarifləndirilməsində və dövlətçiliyin möhkəmləndirilməsində mühüm rol oynayıb. Zamanın çağırışlarına cavab verən, dəyişən informasiya mühitinə uğurla uyğunlaşan və peşəkar prinsiplərini qoruyub saxlayan Azərbaycan mətbuatı bu gün də cəmiyyətin düzgün məlumatlandırılmasına layiqli töhfələr verir”, – deyə o qeyd edib.