Bakı. Trend:
Azərbaycan Almaniya ilə yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə Azərbaycanın yaşıl enerji kursu çərçivəsində enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr apardıq.
Alman şirkətləri ilə dənizdə külək enerjisinin inkişafı, Xəzər dənizindən Avropaya qədər uzanacaq Yaşıl Enerji Dəhlizi və bu infrastruktur vasitəsilə enerji tədarükü üzrə əməkdaşlıq perspektivlərini dəyərləndirdik", - deyə paylaşımda qeyd edilib.