...

Dörd ayda “AzərEnerji”nin ixrac gəlirləri məlum olub

İqtisadiyyat Materials 29 May 2025 13:41 (UTC +04:00)
Dörd ayda “AzərEnerji”nin ixrac gəlirləri məlum olub
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-aprel aylarında “AzərEnerji”-nin ixrac gəlirləri 1,8 milyon ABŞ dolları olub.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın may sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 45,5 milyon ABŞ dolları və ya 26,3 dəfə azdır.

Belə ki, 2024-cü il yanvar-aprel aylarında “AzərEnerji”-nin ixrac gəlirləri 47,3 milyon ABŞ dolları idi.

Qeyd edək ki, hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:

“SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,"Azərbaycan Hava Yolları" QSC,“Azərenerji” ATSC,Naxçıvan MR Dövlət Energetika Xidməti,“Qaradağ Şüşə Zavodu” ASC.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti