...

SOCAR-ın Qaz İxrac İdarəsinin ixrac gəlirləri 26 milyon dolları ötüb

İqtisadiyyat Materials 29 May 2025 13:30 (UTC +04:00)
SOCAR-ın Qaz İxrac İdarəsinin ixrac gəlirləri 26 milyon dolları ötüb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin ixrac gəlirləri 26,9 milyon ABŞ dolları olub.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın may sayına istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövründə idarə ixracdan gəlir əldə etməyib.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixrac gəlirləri 140,8 milyon ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19 milyon ABŞ dolları və ya 15,6% çoxdur. Belə ki, 2024-cü il yanvar-aprel aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixrac gəlirləri 121,8 milyon ABŞ dolları idi.

Qeyd edək ki, hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:

“SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,"Azərbaycan Hava Yolları" QSC,“Azərenerji” ATSC,Naxçıvan MR Dövlət Energetika Xidməti,“Qaradağ Şüşə Zavodu” ASC.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti