Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 159 xidmətindən 151-i tam rəqəmsallaşdırılıb.
Trend xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədr müavini Əli Mövsümov "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun isə 88 xidmətdən 85-i rəqəmsallaşdırəlıb.
"Rəqəmsallaşdırılan xidmətlərdən 60-ı proaktiv şəkildə həyata keçirilir. Dövlət Sosial Müdafiə Fondunda 54 belə xidmət mövcuddur", - deyə əlavə edib.