...

Kinematoqrafiya istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydaları hazırlanacaq - SƏRƏNCAM

Siyasət Materials 29 May 2025 17:17 (UTC +04:00)
Kinematoqrafiya istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydaları hazırlanacaq - SƏRƏNCAM
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” Sərəncam imzalayıb.

Trend xəbər verir ki, Sərəncama əsasən, Nazirlər Kabineti kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydalarını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, kinematoqrafiya sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti