...

Ötən il 400 min vətəndaş aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Cəmiyyət Materials 29 May 2025 13:12 (UTC +04:00)
Ötən il 400 min vətəndaş aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü il ərzində 400 min vətəndaş aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Trend xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, bu gün məşğulluq tədbirləri bütün yeniliklərə və çağırşlara cavab verir.

"Xidmətlərimizin əlçatan şəkildə vətəndaşlara təqdim edilməsi üçün yeni islahatlar həyata keçirilib. 2024-cü il ərzində 400 min vətəndaş aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Ümumilikdə 2017-2025-ci ildə aktiv məşğulluq tədbirləri ilə əhatə olun şəxslərin sayı 2 milyonun ətrafında olub. Bu gün biz 150 - dən çox özəl tərəfdaşlarla əməkdaşlıq edirik. Eyni zamanda, əməkhaqqı fondu da 3 dəfədən çox artıb", deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti