Bakı. Trend:
Bakının Sabunçu rayonundakı mövcud qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar bu gün, saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Trend xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.
Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə rayonun Abşeron, Tuti küçələrində və Nardaran bağları ərazisində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.