Bakı. Trend:
2025-2027-ci illərdə məşğulluqla bağlı işləri daha da genişləndirmək, yeni həlləri tətbiq etmək bizim əsas çağırışlarımızdan biridir.
Trend xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda beynəlxalq konfransda deyib.
"Bu dövr ərzində bizim əsas çağırışımız "Böyük Qayıdış" dövlət proqramı çərçivəsində özünüməşğullu proqramlarını həyata keçirməkdir.
Bu sahədə aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi, vətəndaşlara təqdim olunan xidmətlərin daha əlçatan və effektiv şəkildə təşkil olunması bizim üçün strateji məqsəddir", - deyə o əlavə edib.