Bakı. Trend:
2025/2026 mövsümündə Türkiyə Super Liqasında çıxış edəcək son komandanın adına aydınlıq gəlib.
Trend xəbər verir ki, “Fatih Karagümrük” bu hüququ əldə edib.
İstanbul təmsilçisi pley-off finalında “Bandırmaspor”la qarşılab. Komanda əlavə vaxtda 3:1 hesabı ilə qalib gələrək, bir mövsümdən sonra Super Liqaya geri dönüb.
Qeyd edək ki, “Kocaelispor” və “Gənclərbirliyi” Superliqaya birbaşa vəsiqə qazanıb.