...

Avstriyada cüdo üzrə Avropa Kuboku keçiriləcək

İdman Materials 30 May 2025 07:26 (UTC +04:00)
Avstriyada cüdo üzrə Avropa Kuboku keçiriləcək

Bakı. Trend:

31 may – 1 iyun tarixlərində Avstriyanın Qrats şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.

Trend xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışda Azərbaycan 6 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq.

İdmançılarımıza qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək. Turnirdə 25 ölkədən 485 idmançı (301 oğlan, 184 qız) mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti