...

Azərbaycan Pakistandan idxal əməliyyatlarını artırıb

İqtisadiyyat Materials 29 May 2025 17:37 (UTC +04:00)
Azərbaycan Pakistandan idxal əməliyyatlarını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Pakistan arasında ticarət əməliyyatlarının həcmi təqribən 11 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 4,8 milyon ABŞ dolları və ya 78,4% çoxdur.

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Pakistana 2 min dollarlıq məhsul ixracı, əks istiqamətdə isə 10,9 milyon dollarlıq məhsul idxalı qeydə alınıb. 2024-cü ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan Pakistana məhsul ixracında 146 min ABŞ dolları və ya 74 dəfə azalma baş versə də, əks istiqamətdə əməliyyatlar 5 milyon ABŞ dolları, yaxud 1,8 dəfə artıb.

Eyni zamanda təkcə 2024-cü il ərzində isə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi təxminən 22 milyon ABŞ dollarına bərabər olub. Bu, 2023-cü ildəki göstərici ilə müqayisədə təqribən 5 milyon ABŞ dolları və yaxud 18,3% azalma deməkdir.

Belə ki, ötən il Azərbaycandan Pakistana 196 min dollar dəyərində, əks istiqamətdə isə 21,9 milyon dollarlıq məhsul ixrac edilib. Beləliklə, 2023-cü ildəki göstəricilərlə müqayisədə Azərbaycandan sözügedən ölkəyə məhsul ixracında 6,7 milyon dollar və ya 35,1 dəfə azalma, əks istiqamətdə isə 1,7 milyon dollar və ya 8,6% artım qeydə alınıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 milyard ABŞ dolları və ya 24,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Bu da 2024-cü ilin ilk 4 ayındakı göstərici ilə müqayisədə müvafiq olaraq 616,1 milyon ABŞ dolları (və ya 7,5%) və 2,7 milyard ABŞ dolları (və ya 48,8%) çoxdur.

Nəticədə, xarici ticarətdə 651,792 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb ki, bu da 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 4,15 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti