...

Azərbaycan, Türkiyə və Pakistan dostluğu və qardaşlığı bütün dünyaya bir nümunədir – Deputat

Siyasət Materials 29 May 2025 21:42 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Pakistan dostluğu və qardaşlığı bütün dünyaya bir nümunədir – Deputat

Bakı. Trend:

Laçında Azərbaycan, Türkiyə və Pakistan Üçtərəfli Zirvə görüşü tarixi əhəmiyyətə malikdir. Görüşün Laçın şəhərində və 28 May Müstəqillik Günündə keçirilməsi rəmzi məna daşıyır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan dostluğu və qardaşlığı bütün dünyaya bir nümunədir:

“Azərbaycan, Türkiyə və Pakistan yaxşı gündə də, çətin gündə də hər zaman bir-birinin yanıda olub, çətin gündə bir-birini dəstəkləyiblər. Çünki Azərbaycan, Türkiyə və Pakistan əlaqələri möhkəm təməllər üzərində qurulub və üç qardaş ölkə bir-birinə əsrlər boyu təşəkkül tapmış birgə dəyərlərə və qarşılıqlı dəstəyə əsaslanan dərin tarixi, mədəni və mənəvi tellərlə bağlıdır.

Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Türkiyə və Pakistan Azərbaycana böyük siyasi və mənəvi dəstək göstərdi və bu dəstək Azərbaycanı ruhlandırırdı. Eləcə də Azərbaycan çətin günlərdə hər zaman Türkiyə və Pakistanın yanında olub.

Elə bir müddət öncə Pakistanla Hindistan arasında münaqişə zamanı Azərbaycan Pakistanla həmrəylik nümnayiş etdirərək açıq və qəti m övqeyini ortaya qoydu. Pakistan tərəfi də Azərbaycanın bu dəstəyini yüksək qiymətləndirdi. Pakistan Baş naziri Şahbaz Şərif Azərbaycana səfəri zamanı ölkəmizin dəstəyini bu cür ifadə etdi: “Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var.

Siz əzəmətli qaya kimi bizimlə bərabər dayandınız və biz tərəddüdsüz olaraq sizə etibar edirik. Biz silahdaş qardaşlar kimi sülhü, ədaləti və mənəvi dəyərləri hər zaman üstün tutacağıq”.

Göründüyü kimi bu Zirvə görüşü Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürünə çevrldi. Hesab edirəm ki, bu görüş üç qardaş ölkə arasnda münasibətlərin inkişafında yeni bir mərhələ açacaq”.

Xəbər lenti

Xəbər lenti