...

Ölkəmizdə əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması diqqət mərkəzində saxlanılır

İqtisadiyyat Materials 30 May 2025 10:01 (UTC +04:00)
Ölkəmizdə əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması diqqət mərkəzində saxlanılır
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün ölkəmizdə əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması diqqət mərkəzində saxlanılır, dövlət-özəl sektor əməkdaşlığı gücləndirilir, innovasiya ekosistemi yaradılır, texnoparklar, startap proqramları və rəqəmsal bacarıqlar üzrə təlim layihələri həyata keçirilir.

Trend xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “4Sİ Akademiyası” çərçivəsində keçirilən “Milli Proqram” layihəsinin açılış mərasimində çıxış edərkən deyib.

O bildirib ki, hər bir qurum üçün bacarıqların akkreditasiyası və “ömürboyu öyrənmə” prinsipinin təşviqi dövrün ən əsas prioritetlərindəndir.

"Bu gün açılış mərasiminə yığışdığımız 4Sİ Akademiyası çərçivəsində həyata keçirilən Milli Proqram layihəsi qeyd etdiyim bütün strateji məqsədlərə xidmət edir. 4SİM, Təhsilin İnkişafı Fondu və qlobal öyrənmə platforması olan Courseranın birgə əməkdaşlığı ilə həyata keçirilən bu böyük Proqram gənclərimizin innovasiya və texnologiya sahəsində potensialını dəstəkləyir, müəllim və təlimçilərin bacarıqlarını artırır, tələbələrin əmək bazarının real tələbləri ilə uyğunlaşmasına öz töhfəsini verir. Layihənin sosial inklüzivlik və regionlar üzrə balanslı inkişaf prinsiplərini də özündə ehtiva edə bilməsi xüsusi təqdirəlayiqdir.

Milli Proqramın artıq 1ci kohortu yekunlaşmış və 6 həftə ərzində 14000 dən çox sertifikat əldə edilmişdir. Bu iştirakçıların layihəyə və öyrənməyə olan böyük maraq və həvəsinin göstəricisidir. Layihəyə dəstək verən bütün tərəfdaşlarımızı və komandamızı təbrik edir və növbəti kohortlarda uğurlar arzu edirəm"- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti