Bakı. Trend:
İstənilən bir ölkədə sosial müdafiə sahəsinin rəqəmsallaşması digər dövlət qurumlarının rəqəmsallaşmasından asılıdır.
Trend xəbər verir ki, bunu Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, bu istiqamətdə süni intellekt strategiyası və.s strategiyalar qəbul edilib və bunun əsasında həyata keçirilir.
"2025-2027-ci illərdə ana hədəf data əsaslı proqramlardan istifadə və süni intellekt əsaslı həllərin yaradılması kimi işlər həyata keçiriləcək.
Biz artıq 90%- dən yuxarı elektronlaşmaya nail olmuşuq. 2024-cü ildən artıq biz rəqəmsal şəxsiyyət vəsiqəsinə keçid etmişik. Bunların həyata keçirilməsi bizim də rəqəmsallaşma işlərini həyata keçirməmizdə mühüm rol oynayır",- deyə o əlavə edib.