...

Ölkəmiz Rəqəmsal Hökumətin İnkişafı İndeksində regional miqyasda 9-cu yeri tutur - DOST rəsmisi

Cəmiyyət Materials 29 May 2025 15:36 (UTC +04:00)
Ölkəmiz Rəqəmsal Hökumətin İnkişafı İndeksində regional miqyasda 9-cu yeri tutur - DOST rəsmisi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend

2024-cü ilin rəsmi məlumatına əsasən, ölkəmiz Rəqəmsal Hökumətin İnkişafı İndeksində qlobal miqyasda 74-cü, regional miqyasda isə 9-cu yeri tutur.

Trend xəbər verir ki, bunu Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, Kiber Təhlükəsizlik İndeksində isə əhəmiyyətli irəliləyiş əldə olunaraq göstəricimiz 93-cü yerdən 76-cı yerə yüksəlib.

"Bu nailiyyətlər ölkədə rəqəmsallaşma sahəsində həyata keçirilən genişmiqyaslı islahatların nəticəsidir. Bu islahatların əsas hərəkətverici qüvvələrindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Məhz bu istiqamətdə "Rəqəmsal İnkişaf Konsepsiyası", "Kiber Təhlükəsizlik Strategiyası" və digər bir sıra normativ sənədlər qəbul edilmiş və ya yaxın müddətdə qəbul edilərək icra olunacaq", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti