...

Millimizin rəqibinin heyəti məlum olub

İdman Materials 29 May 2025 19:34 (UTC +04:00)
Millimizin rəqibinin heyəti məlum olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Latviya yığmasının yoldaşlıq görüşü çərçivəsində Azərbaycan millisinə və DÇ-2026-nın seçmə mərhələsində Albaniya seçməsinə qarşı keçirəcəyi ev oyunları üçün heyəti açıqlanıb.

Trend AFFA-nın saytına istinadən xəbər verir ki, Baş məşqçi Paolo Nikolati heyətə 25 futbolçu cəlb edib.

Qapıçılar: Rixard Matreviç, Krişyanis Zviedris, Frenk David Orols;

Müdafiəçilər: Antoni Çernomordi, Krister Tober, Vitali Yaqodinski, Robert Savalniek, Andrey Ciqanik, Raivi Andris Yurkovski, Daniel Balodis, Denis Melnik, Maksim Tonişev;

Yarımmüdafiəçilər: Alvis Yaunzem, Aleksey Savelyev, Eduard Daşkeviç, Qleb Zaleyko, Kristap Qrabovski, Krister Penkeviç, Renar Varslavan, Dmitri Zelenkov, Lukas Vapne;

Hücumçular: Yanis Ukauniek, Vladislav Qutkovski, Marko Reqza, Bruno Melnis.

Qeyd edək ki, Latviya - Azərbaycan oyunu iyunun 7-də, Bakı vaxtı ilə saat 17:00-da Riqada yerləşən “Skonto” stadionunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti