...

Pakistanın energetika üzrə federal nazirləri Bakı Enerji Həftəsində iştirak edəcəklər

Siyasət Materials 29 May 2025 10:31 (UTC +04:00)
Pakistanın energetika üzrə federal nazirləri Bakı Enerji Həftəsində iştirak edəcəklər
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İyun ayının əvvəlində Pakistan İslam Respublikasının energetika üzrə federal naziri (Elektrik Enerjisi Bölməsi) Sərdar Avais Əhməd Xan Leqari, Pakistan İslam Respublikasının energetika üzrə federal naziri (Neft Bölməsi) Əli Pervaiz Malik Azərbaycana səfər edəcək.

Trend xəbər verir ki, onlar Bakı Enerji həftəsində iştirak edəcəklər.

Qeyd edək ki, forum 3–4 iyun tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək və sənayenin aparıcı nümayəndələrini strateji fikir mübadiləsi üçün bir araya gətirəcək.

Bu il “Baku Energy Week”in tərkib hissəsi olan “Baku Energy Forum” 30 illik yubileyini qeyd edir. Əsası qoyulduğu gündən etibarən forum beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, qabaqcıl təcrübələr mübadiləsi və yalnız Azərbaycanın deyil, bütövlükdə regionun enerji sektorunun inkişafına təsir edən sazişlərin imzalanması üçün əsas platformaya çevrilib. Forum enerji sahəsinin liderlərini, biznes nümayəndələrini və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir.

“Baku Energy Week” özündə üç mötəbər tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”. “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, “Baku Energy Forum” isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti