...

Polis həbsdə olan şəxsin 11 il əvvəl törətdiyi daha bir cinayətini ifşa edib (VİDEO)

Cəmiyyət Materials 29 May 2025 10:05 (UTC +04:00)
Polis həbsdə olan şəxsin 11 il əvvəl törətdiyi daha bir cinayətini ifşa edib (VİDEO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə 2014-cü ildə quldurluq hadisəsi törədən 37 yaşlı Aqil Şirəliyev müəyyən edilərək məsuliyyətə cəlb olunub.

Trend-ə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əvvəllər də dəfələrlə məhkum edilmiş və hazırda həbsdə olan Aqil Şirəliyev həmin vaxt şəxsiyyətini gizlətmək üçün maska ilə kamuflyaj olunaraq gecə saatlarında rayon sakininə məxsus evə daxil olub.

O, ev sahibinə fiziki zor tətbiq edərək soyuq silahla hədə-qorxu gəlib və zərərçəkmişin pul vəsaitlərini ələ keçirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri və müvafiq ekspertizalarla cinayətin A.Şirəliyev tərəfindən törədildiyi müəyyən edilib.

Fakla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti