...

Antonio Quterreş Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 28 May 2025 21:18 (UTC +04:00)
Antonio Quterreş Prezident İlham Əliyevi təbrik edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə təbriklərimi çatdırıram.

Milli bayramlar, eyni zamanda, ortaq qlobal çağırışlar üzərində düşünmək üçün fürsət yaradır.

Hazırda beynəlxalq ictimaiyyət iqlim böhranından tutmuş münaqişələrə, artan bərabərsizliklərə qədər bir çox çətinliklərlə üzləşir ki, bunlar da çoxtərəfli həll yolları tələb edir.

Gələcək üçün Paktın mahiyyəti də məhz budur. Keçən il Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş bu tarixi sənədin mərkəzində çoxtərəfliliyi möhkəmləndirmək və davamlı sülhü, dayanıqlı inkişafı, hamı üçün insan hüquqlarının təmin olunmasını təşviq etmək tələbi dayanır.

Bu əlamətdar gün münasibətilə Azərbaycan Respublikasının xalqına bir daha ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm."

Xəbər lenti

Xəbər lenti