...

Rusiyada yeniyetmələr arasında qanlı insident - 5 ölü, 4 yaralı

Dünya xəbərləri Materials 28 May 2025 09:22 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyanın İrkutsk vilayətinin Baykal şəhərində yeniyetmə bıçaqla həmyaşıdlarına hücum çəkərək, dörd nəfəri öldürüb, daha dörd nəfəri yaralayıb. Daha sonra isə özü yanğın nəticəsində ölüb.

Trend xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi rəsmi “Telegram” kanalında məlumat yayıb.

Məlumata əsasən, insident “Qornıy Baykal” adlı bağçılıq birliyinə aid evdə baş verib. İnstintaq versiyasına görə, zərərçəkənlər həmin evdə olan zaman qəfil hücuma məruz qalıblar. Yeniyetmələrin dördü aldıqları bıçaq yaralarından yerində keçinib, digər dörd nəfər müxtəlif travmalarla xəstəxanaya yerləşdirilib.

Hücumdan sonra şübhəli şəxs, ilkin ehtimala görə, evi yandıraraq, özü də həmin yanğında həlak olub.

Faktla bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti