...

Çin asteroid tədqiqatı üçün "Tianven-2" zondunu uğurla orbitə göndərib

Dünya xəbərləri Materials 29 May 2025 08:38 (UTC +04:00)
Çin asteroid tədqiqatı üçün "Tianven-2" zondunu uğurla orbitə göndərib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin asteroidlərə dair tədqiqatlar aparmaq məqsədilə hazırlanmış “Tianven-2” kosmik zondunu uğurla işə salıb.

Trend xəbər verir ki, bu barədə Çin Milli Kosmik İdarəsinə (CNSA) istinadla “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, “Tianven-2” ölkənin cənub-qərbində yerləşən Siçuan əyalətindəki kosmodromdan “Çançzjen-3B” daşıyıcı raketi vasitəsilə yerli vaxtla saat 01:31-də orbitə buraxılıb.

Zondun əsas vəzifəsi Yerə yaxın 2016HO3 asteroidindən nümunələr toplamaq, həmçinin Mars ilə Yupiter arasında yerləşən əsas asteroid qurşağında olan 311P kometasını tədqiq etməkdir.

On il davam edəcək bu missiyanın əsas məqsədi asteroidlərin strukturu, tərkibi və Günəş sisteminin ilkin mərhələdə formalaşması və təkamülü ilə bağlı yeni məlumatlar əldə etməkdir.

Xəbər lenti

Xəbər lenti