...

Britaniya hökuməti kiberhücum qruplarının yaradılmasına 1 milyard funt ayıracaq

Dünya xəbərləri Materials 29 May 2025 08:49 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya süni intellektin tətbiqi və düşmən dövlətlərin fəaliyyətinə qarşı mübarizə məqsədilə kiberhücum qruplarının yaradılmasına 1 milyard funt sterlinq (təxminən 1,35 milyard ABŞ dolları) məbləğində vəsait ayıracaq.

Trend xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti Birləşmiş Krallığın müdafiə naziri Con Hiliyə istinadla məlumat yayıb.

Nazirin sözlərinə görə, müasir dövrdə “klaviaturalar müharibə vasitəsinə çevrilib” və bu səbəbdən belə texnologiyaların və ixtisaslaşmış bölmələrin istifadəsi müdafiə sahəsində “yeni standartlar” müəyyən edəcək.

Məlumata əsasən, bu istiqamətdə yeni siyasət hökumətin təhlükəsizlik, müdafiə və xarici siyasət məsələlərinə dair hazırladığı hərtərəfli icmalda yer alacaq. Sənədin iyunun 2-də ictimaiyyətə təqdim olunması gözlənilir.

Qəzet qeyd edib ki, son iki il ərzində Britaniya Müdafiə Nazirliyi təxminən 90 min kiberhücumla üzləşib ki, bu da 2023-cü ildəki göstəricilərlə müqayisədə iki dəfə çoxdur. Hücumların əsasən Rusiya və Çin ərazisindən həyata keçirildiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti