...

"Toncoin" "Telegram"–"xAI" əməkdaşlığı fonunda kəskin bahalaşıb

Dünya xəbərləri Materials 29 May 2025 01:42 (UTC +04:00)
"Toncoin" "Telegram"–"xAI" əməkdaşlığı fonunda kəskin bahalaşıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Toncoin" (TON) kriptovalyutasının məzənnəsi illik 9 faiz gəlirlə buraxılacaq beşillik istiqrazlar vasitəsilə təxminən 1,5 milyard dollar cəlb ediləcəyi barədə xəbərlər fonunda 20 faizdən çox bahalaşıb.

Trend xəbər verir ki, bu barədə məlumatı "The Wall Street Journal" yayıb.

Kriptovalyutanın qiyməti təqribən 3,7 dollara çatdıqdan sonra korreksiya mərhələsinə daxil olub. Bakı vaxtı ilə saat 17:55-də TON təxminən 3,4 dollar səviyyəsində ticarət olunurdu. Qeyd edək ki, ümumilikdə kriptovalyuta bazarı son 24 saatda 2,6 faiz ucuzlaşıb.

Bununla yanaşı, "Telegram"ın İlon Maskın "xAI" şirkəti ilə əməkdaşlıq planları da diqqət çəkib. Şirkətin rəhbəri Pavel Durov "X" sosial şəbəkəsində bildirib ki, messencer 300 milyon dollar və səhmlər əldə edəcək. "Telegram" abunəçiləri "xAI" tərəfindən yaradılmış "Grok" süni intellekt çatbotundan istifadə edə biləcəklər. Durovun sözlərinə görə, əməkdaşlıq çərçivəsində gəlirlər hər iki şirkət arasında bərabər bölünəcək.

Qeyd edək ki, Pavel Durov bir qədər əvvəl "Telegram"da tezliklə Dubaya səfər edəcəyini bildirib və yaxın günlərdə yaxşı xəbərlərin olacağını vəd edib.

Xəbər lenti

Xəbər lenti