...

Azərbaycan XİN rəhbəri Pakistanlı həmkarına Laçındakı iştiraka görə təşəkkür edib

Siyasət Materials 28 May 2025 22:28 (UTC +04:00)
Azərbaycan XİN rəhbəri Pakistanlı həmkarına Laçındakı iştiraka görə təşəkkür edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın xarici işlər naziri İshaq Dara Müstəqillik Günü münasibətilə Laçında keçirilən tədbirlərdə iştirakına görə təşəkkürünü bildirib.

Trend xəbər verir ki, bu barədə Ceyhun Bayramov rəsmi “X” hesabında paylaşım edib.

“Əziz qardaşım İshaq Dar, səni Laçında görməkdən, həqiqətən də, məmnun oldum. Azərbaycan, Türkiyə və Pakistan arasında tarixi Üçtərəfli Zirvə çərçivəsində 28 May — Müstəqillik Günümüz münasibətilə keçirilmiş tədbirlərdə iştirak etdiyiniz və bizə qoşulduğunuz üçün səmimi təşəkkürümü bildirirəm. Yaşasın qardaşlığımız, dostluğumuz və birliyimiz!” – nazir paylaşımında qeyd edib.

Xəbər lenti

Xəbər lenti