...

Putin və Zelenski ilə üçtərəfli görüşə hazıram - Tramp

Dünya xəbərləri Materials 29 May 2025 00:01 (UTC +04:00)
Putin və Zelenski ilə üçtərəfli görüşə hazıram - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp, zərurət yaranacağı təqdirdə, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə üçtərəfli görüş keçirməyə hazır olduğunu bildirib.

Trend xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərlə söhbətində danışıb.

“Əgər bu vacibdirsə”, – deyə o, belə bir görüşün keçirilməsi ehtimalını şərh edib.

Tramp əlavə edib ki, hazırda Rusiya Prezidenti ilə ikitərəfli görüş məsələsi üzərində iş aparılır: “Görək, işlər necə inkişaf edir. Məncə, hər şey yaxşı gedir, amma yenə də gözləyib baxaq”.

Xəbər lenti

Xəbər lenti