...

Monteneqro və Yaponiya arasında viza rejimi ləğv ediləcək

Dünya xəbərləri Materials 29 May 2025 08:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Monteneqro və Yaponiya arasında viza rejimi bu ilin payızından etibarən aradan qaldırılacaq.

Trend xəbər verir ki, bu barədə Monteneqronun Baş naziri Miloyko Spayiç Tokioda yaponiyalı həmkarı Şiqeru İşiba ilə görüşü zamanı razılıq əldə edildiyini bildirib.

Görüşdə Monteneqronun Yaponiyada səfirliyinin açılması məsələsi müzakirə olunub. İlin sonunadək bu istiqamətdə konkret addımların atılması və fəaliyyətin gücləndirilməsi barədə razılıq əldə edilib.

Miloyko Spayiç səfərini Monteneqro və Yaponiya arasındakı dostluq münasibətlərinin yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirib.

Həmçinin görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı, xüsusilə enerji, yaşıl enerji, infrastruktur, turizm, ekologiya və yüksək texnologiyalar sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti