...

Kanadada minlərlə insan təxliyə olunub

Dünya xəbərləri Materials 29 May 2025 05:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanadanın Saskaçevan əyalətində şiddətli meşə yanğınları səbəbindən azı 4 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.

Trend xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Məlumata görə, əyalətin şimal bölgələrində yanğınlar sürətlə yayılır. İnsanlar təxliyə olunaraq Saskatun kimi iri şəhərlərə və oradakı otellərə yerləşdirilir. Hələlik xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bundan əlavə, "Global News"un çərşənbə günü yaydığı xəbərə görə, meşə yanğınlarının yaxınlıqdakı Manitoba əyalətinə də təsir göstərəcəyi və orada təxliyə ediləcək insanların sayının 5000-ə çata biləcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti