...

Leroy Sane "Bavariya"dan ayrılmağa hazırlaşır

İdman Materials 29 May 2025 07:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyalı futbolçu Leroy Sane karyerasının növbəti mərhələsi ilə bağlı qərar verməyə yaxındır.

Trend-in məlumatına görə, 29 yaşlı futbolçu “Bavariya” ilə müqaviləsini yeniləmək niyyətində deyil və Münhen klubunu tərk etməyə hazırlaşır.

Klubun ona bonuslarla birlikdə təqdim etdiyi 15 milyon avroluq təklifi rədd edən Sane yenidən İngiltərəyə dönməyi planlaşdırır. Hazırda onun “Tottenhem” klubu ilə danışıqlar apardığı bildirilir.

Qeyd edək ki, Leroy Sane 2020-ci ilin yayında “Mançester Siti”dən “Bavariya”ya transfer olunub. Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində 45 rəsmi oyuna çıxaraq 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti