Bakı. Trend:
Azərbaycan çempionatında çıxış edən “Sabah” futbol klubu baş məşqçi Vasili Berezutski ilə yollarını ayırmağa hazırlaşır.
Trend-in məlumatına görə, paytaxt təmsilçisi ukraynalı mütəxəssis Ruslan Rotanla danışıqlar aparır.
Hazırda ölkəsində “Oleksandriya” komandasına rəhbərlik edən Rotanın dünən “Sabah” klubunun dəvəti ilə Bakıya gəldiyi bildirilir.
2024/25 mövsümündə Ukraynanın ən yaxşı məşqçisi seçilən 43 yaşlı Rotanın klubun gələcək planları ilə bağlı “bayquşlar”ın rəhbərliyi ilə müzakirələr apardığı qeyd olunur. Onun yaxın günlərdə komandaya rəhbərlik edəcəyi gözlənilir.
Xatırladaq ki, “Sabah” Azərbaycan Premyer Liqasının mövsümünü 5-ci pillədə tamamlayıb. Komanda mayın 31-də Azərbaycan Kubokunun finalında “Qarabağ”la üz-üzə gələcək.
